Ermənistanda içkidən ölənlərin sayı 18-ə çatdı

 Ermənistanda içkidən ölənlərin sayı  18-ə çatdı
  09 Sentyabr 2020    Oxunub:3544
Ermənistanda alkoqollu içkidən zəhərlənən daha bir nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Alina Nikoqosyan məlumat verib. Bununla da alkoqoldan zəhərlənərək ölənlərin sayı 18 nəfərə çatıb.

Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 5-dək içkidən 46 zəhərlənmə faktı qeydə alınıb, onlardan 18 nəfəri ölüb, 5 nəfər isə hazırda müalicə alır.

Xatırladaq ki, kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içkinin istehsalı ilə məşğul olan Aşot Ovsepyan barəsində həbs qərarı verilib, lakin vəkili onun koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyini söyləyib.


Azvision.az



Teqlər: Ermənistan   İçki  





Xəbər lenti