Oqtay Şirəliyev ÜST-nin sessiyasında çıxış edib

Oqtay Şirəliyev ÜST-nin sessiyasında çıxış edib
  14 Sentyabr 2020    Oxunub:3675
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb. Tədbirdə Azərbaycanı Səhiyyə naziri Oqtay Şirəliyev təmsil edir. O, ölkəmizin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.
Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ÜST-nin Avropa üzrə Regional Komitəsi bu il sentyabrın 14-15-də virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır.

Komitədə qəbul olunan qərarlar ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.

Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti