“Peşə təhsili haqqında” qanuna dəyişiklik edilir

  21 Sentyabr 2020    Oxunub : 2145
“Peşə təhsili haqqında” qanuna dəyişiklik edilir
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasın gündəliyinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi daxil edilib.

Onlayn toplantıda komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi də aparacaqlar.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Komitə   İclas