Ombudsman Aparatından Gəncə ilə bağlı açıqlama

 Ombudsman Aparatından Gəncə ilə bağlı açıqlama
  04 Oktyabr 2020    Oxunub:3806
Bu gün Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektə ziyan dəyib.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır.

“Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir”, - deyə qeyd olunub.

Azvision.az



Teqlər: Ombudsman   Gəncə  





Xəbər lenti