Bakıdakı pravoslav kafedral kilsəsində ordumuz üçün dua edilib

Bakıdakı pravoslav kafedral kilsəsində ordumuz üçün dua edilib
  08 Oktyabr 2020    Oxunub:1580
Bu gün səhər Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadət keçirilib.
Azvision.az xəbər verir ki, ibadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.

“Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!”.

Azvision.az



Teqlər: Kilsə  





Xəbər lenti