Həkim-pediatrdan qriplə bağlı məsləhətlər - VİDEO

Həkim-pediatrdan qriplə bağlı məsləhətlər -  VİDEO
  14 Oktyabr 2020    Oxunub:1910
Qrip dünyada ən sıx qarşılaşdığımız virus infeksiyalarından biridir. Qripin bir sıra növləri var. Lakin bunlardan yalnız biri daha çox epidemiya və ya pandemiyaya səbəb ola bilər. Bu qrip A-dır.
Azvision.az xəbər verir ki, bunu həkim-pediatr Əli Quliyev deyib. O bildirib ki, qrip A ən çox quşlarda, donuzlarda, insanlarda rast gəlinir.

"6 aydan yuxarı bütün insanlara qrip peyvəndinin vurulmasını tövsiyə edirik. Qrip peyvəndi ömürlük immunitet yaratmır. Qrip mikropu hər il özünü yeniləyir. Bu il vurduğumuz qrip peyvəndi gələn il üçün yetərli olmaya bilər. Bu baxımdan qrip peyvəndini hər il təkrarlayırıq. Bu gün dünyada qrip peyvəndinin xüsusi müalicəsi yoxdur. İnsanların bu virusdan qorunması üçün ilk ağla gələn qrip peyvəndidir".



Azvision.az


Teqlər: Qrip   Uşaq   Həkim   Məsləhət  





Xəbər lenti