“Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!” - Mehriban Əliyeva

   “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!” -    Mehriban Əliyeva
  18 Oktyabr 2020    Oxunub:4142
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstaqram" hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edilib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"

Azvision.az


Teqlər: Birinci-vitse-prezident   Mehriban-Əliyeva  





Xəbər lenti