“Ermənistanın muzdlulardan istifadəsi artıq təsdiqlənib” - Baş prokuror

“Ermənistanın muzdlulardan istifadəsi artıq təsdiqlənib” -   Baş prokuror
  30 Oktyabr 2020    Oxunub:2580
“Ermənistanın muzdlulardan istifadə etdiyi artıq təsdiqini tapıb və onların 6-sı barəsində beynəlxalq axtarışa verilib. Artıq onların vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanılıb”.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev oktyabrın 30–da ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə bildirib.

Onun sözlərinə görə, muzdlu kimi döyüşlərdə iştirak edən Yunanıstan, Liviya, Suriya vətəndaşları ilə bağlı araşdırmalar aparılır. Belə ki, istintaqın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlanmaması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək.

Baş prokuror, həmçinin qeyd edib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və Azərbaycanda olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən edilib.

Azvision.az


Teqlər: Ermənistan   Muzdlu  





Xəbər lenti