Ermənistan dövlət sərhədində atəşkəsi pozub

Ermənistan dövlət sərhədində atəşkəsi pozub
  05 Noyabr 2020    Oxunub:3021
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə Azvision.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Azvision.az


Teqlər: Cəbhə   Döyüş   Sərhəd  





Xəbər lenti