Düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib

 Düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib
  05 Noyabr 2020    Oxunub:11591
Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib", - məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Düşmən  





Xəbər lenti