“Azad mediaya bu cür hücumları şiddətlə qınayırıq” - Hikmət Hacıyev
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.
“Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Azvision.az
Teqlər: HikmətHacıyev