Azad olunmuş ərazilərdə ilk yanğınsöndürmə əməliyyatı - VİDEO

Azad olunmuş ərazilərdə ilk yanğınsöndürmə əməliyyatı -   VİDEO
  06 Noyabr 2020    Oxunub:2254
Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yanğın əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.

Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.



Azvision.az


Teqlər: FHN   Füzuli  





Xəbər lenti