“Qarabağ həqiqətləri - 1992-2020” - VİDEO

“Qarabağ həqiqətləri - 1992-2020” -   VİDEO
  07 Noyabr 2020    Oxunub:2776
İkinci Vətən Müharibəsi dövründə vətənpərvərlik mövzusunda hazırlanmış və Qarabağdan bəhs edən videolayihələrə biri də əlavə olunub.
Azvision.az xəbər verir ki, “Qarabağ həqiqətləri - 1992-2020” adlı videolayihənin rəhbəri və ideya müəllifi Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev, koordinatoru isə jurnalist Afaq Rzadır.

Layihənin əsas məqsədi illərdir düşmən tapdağında olan dilbər guşələrimizin haqq səsinə, mövcud durumda terrora məruz qalan Azərbaycanın digər şəhərlərinə və ümumilikdə Qarabağ həqiqətlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.

Qeyd edək ki, videolayihədə ölkəmizin tanınan simaları: media nümayəndələri, dövlət qurumlarının əməkdaşları, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloq və s. iştirak ediblər. Müəlliflər videonun ürəyi Qarabağla döyünən, Vətənini sevən hər bir azərbaycanlı üçün eyni hisslər yaşadacağına inanır.

Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!



Azvision.az



Teqlər: Qarabağ   videolayihə  





Xəbər lenti