Lənkəranda güclü yanğın, 2 uşaq öldü

   Lənkəranda güclü yanğın,    2 uşaq öldü
  11 Noyabr 2020    Oxunub:2091
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olması və ev sakinlərinin içəridə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN   Lənkəran  





Xəbər lenti