Erməni KİV-i: “Saxta Ermənistan mifi məhv edildi”

  Erməni KİV-i:  “Saxta Ermənistan mifi məhv edildi”
  12 Noyabr 2020    Oxunub:2440
Dünən hakimiyyətin iki il yarım ərzində qurduğu saxta Ermənistan mifi məhv edildi.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak" nəşri yazıb.

Qeyd edilib ki, hakimiyyət sosial şəbəkələrdə saxta statuslar, şərhlər ilə cəmiyyətin sonsuz dəstəyini alması barədə təəssürat yaradırdı: “Həqiqi Ermənistanda isə küçələrə çıxan minlərlə insan Nikol Paşinyanın istefasını tələb etdi. Mitinqə təşəbbüs göstərən 17 partiya baş nazir tələblərini yerinə yetirənə qədər aksiyaların davam edəcəyini bildirdi. Yalnız bir tələb var - bu, partiyaların nümayəndələrinin fikrincə, mövcud vəziyyəti dəyişdirə biləcək Paşinyanın istefasıdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti