Yeni dünya nizamında diqtə edən güc mərkəzi - Zəfər yolumuz

Yeni dünya nizamında diqtə edən güc mərkəzi -  Zəfər yolumuz
  12 Noyabr 2020    Oxunub:3171
“Azərbaycanın əldə etdiyi tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var”.

Bunu Azvision.az -a Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırdı:
“Qələbə çoxvektorludur, şaquli dərin və üfiqi coğrafi. İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi. Birinci isə, heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca, biz onu dərk edəcəyik. Məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Bu elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diqtə edən güc mərkəzlərindən birinə çevriləcək. Düşməni və onun havadarlarını pərişan edən İrəvan artıq Türkiyənin vilayətidir deməyə məcbur olanlar da məhz bu strateji dərinlikdən başı çıxanların qurduğu cümlədir. Beləliklə xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırdı”.

Deputat qısaca olaraq, bu tarixi qələbəyə necə gəldiymizin siyasi arxeologiyasını da təqdim edib: “Problemin 70 illik fasilədən sonra yenidən aktiv fazaya geçməsi dövrü.Yəni 1920-ci ildən 1988 ci ilədək davam edən mərhələnin bitməsi.1990-94 –cü illər assimmetrik müharibə dövrü və döyüşlərdə Azərbaycnın uduzdurulması. 1994-97- ci illər fəal sülh axtarışları mərhələsi. 1997-2001-ci illər problemin həllinə yaxınlaşmaq mərhələsi. 2001- ci ildə Ki Uest fiaskosu. 2001-2003-cü illər danışıqların imitasiyası dövrü. 2003- 2016 –cı illər strateji sükut yaxud səssiz müharibə dövrü. 2016-2018 –ci illər Strateji sükut və səssiz müharibə dövründə Azərbaycanın müharibəyə hazırlığının test edilməsi mərhələsi. Aprel və Günnüt döyüşləri. 2018-2020 iyul tarixləri arasındakı vaxt nəticələrin təhlil edilməsi, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və hərbi –siyasi və geostrateji zamanın zərgər dəqiqliyi ilə seçilməsi. 2020 – ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9 –na qədər davam edən 44 günlük müharibə dövrü və tam qələbə, işğalçı Ermənistanın kapituliyasiya aktına qol çəkilməsi”.

Hikmət Babaoğlunun sözlərinə görə, müharibələr tarixi göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə, onu bitirmək ondan da çətindir:

“Üstəlik yaşadığımız mürəkkəb regionda mövcud olan güc balansları kontekstində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsilə də taclandırdı. Hazırda isə çox fəal və sürətli postmüharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məslələrdən biri xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağıdır. Bəzi kommmunikasiya və təhlükəsizlik məsələlərinin aparacağı vaxtı çıxmaq şərtilə elə dərhal bu proses başlayacaq.Yeddi rayonumuzda əhalinin müharibəyə qədər olan demoqrafik strukturu qeyd-şərtsiz bərpa olunacaq, sonradan süni məskunlaşdırma nəticəsində işğal edilmiş ərazilərimizə gətrirlənlər sonuncu nəfərinədək və bəyanatda qeyd olunan müddət ərzində təcili olaraq çıxarılacaqlar. Keçmiş Dağlıq Qarabağ adlandırılan ərazilərdə ordumuzun işğaldan azad etdiyi yerlərə əvvəllər yaşamış ermənilər qaytarılmayacaq. Onlar sadəcə kompakt yaşadıqları bəzi ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul edikləri və vətəndaşlıqdan irəli gələn vəzifələri və məsuliyyəti yerinə gətirdikləri halda yaşaya biləcəklər .Əks təqdirdə əsla yaşaya bilməyəcəklər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti