“Makron nasistlərin yəhudilərə etdiklərini müsəlmanlara edir” - Pakistanlı nazir

   “Makron nasistlərin yəhudilərə etdiklərini müsəlmanlara edir” -    Pakistanlı nazir
  22 Noyabr 2020    Oxunub:2096
Fransa prezidenti Emmanuel Makron nasistlərin yəhudilərə etdiklərini müsəlmanlara edir.
Bunu Pakistanın insan hüquqları naziri Şirin Mazari bildirib.

“Yəhudilər şəxsiyyətlərini müəyyənləşdirmək üçün paltarlarına sarı ulduz taxmaq məcburiyyətində qaldıqları kimi, müsəlman uşaqlar da fərdi identifikasiya nömrəsi alacaqlar (digər uşaqlar almayacaq - red)”, - Mazari deyib.

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkədə yaşayan müsəlman uşaqları identifikasiya nömrəsi alacaq. Bu nömrə ilə uşaqların məktəbə gedib-getmədiyi müəyyən ediləcək. Əgər uşaq orta təhsil müəssisəsinə getməsə, onun valideynləri ya həbs ediləcək, ya da külli miqdarda cərimə olunacaq.

Hazırda Fransada koronavirus infeksiyası ilə bağlı evdən təhsilə icazə verilir və bu icazə gələn il də qüvvədə qalacaq. (Report)

Azvision.az


Teqlər: Fransa   Pakistan  





Xəbər lenti