BMT Qarabağı minalardan təmizləyəcək

BMT Qarabağı minalardan təmizləyəcək
  24 Noyabr 2020    Oxunub:2356
BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti Dağlıq Qarabağda xüsusi missiyasının yerləşdirilməsi üçün dekabr ayının əvvəlində burada lazımi yardımın qiymətləndirilməsinə başlamağı planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a BMT-nin Sülhməramlı Əməliyyatları Departamentinin rəsmi nümayəndəsi bildirib.

"BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti tərəflərin istəyi və BMT-nin digər bölmələri, yerdəki ölkə nümayəndələri ilə koordinasiyada təcili olaraq Dağlıq Qarabağda missiyanın yerləşdirilməsi üzərində işləyir. Ehtimal ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: BMT  





Xəbər lenti