“Ermənistan Qarabağda hər şeyi məhv edib” - Fransız jurnalist
Jurnalist Qarabağda müharibədən əvvəlki vəziyyətin bərpa ediləcəyini, yenidənqurma işlərinin aparılacağını, infrastrukturun qurulacağını, yaşayış binalarının tikiləcəyini, bu ərazilərin turizm məkanı olacağını, lakin bütün bunların zaman tələb etdiyini bildirir. “Qarabağ hər şeydən əvvəl təbii cənnətdir və qorunub saxlanılmalıdır. Niyə o, böyük təbiət qoruğu, sülhün rəmzi olmasın?”, - deyə müəllif qeyd edir.
Məqalədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılmasının əhəmiyyətinə də toxunulur. Bildirilir ki, həmin dəhlizdən bu gün böyük ehtiyac içində olan Ermənistan da bəhrələnə bilər. Məğlubiyyətə uğrayan, yoxsulluğa qərq olan Ermənistan üçün də bu dəhliz vacibdir. Uzun müddət münaqişə şəraitində olan iki ölkənin barışığı iqtisadi əməkdaşlıqdan da asılıdır.
Jurnalist yazır ki, Ermənistan Qarabağda iqtisadi cəhətdən heç nə etməyib, heç bir sərmayə yatırmayıb, yalnız hər şeyi dağıdıb və məhv edib. Ermənistan Azərbaycanla barışıqdan faydalana bilər. Bu gün Azərbaycan bütün regionu canlandıra bilər. Azərbaycan bölgəni mühüm turizm, iqtisadi və mədəni cəlbedicilik qütbünə çevirmək gücünə malikdir. (AzərTAc)
Azvision.az
Teqlər: Qarabağ