Ötən gün 17 yanğın baş verib

Ötən gün 17 yanğın baş verib
  13 Mart 2021    Oxunub:1625
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 17 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların xilas olunması təmin edilib. Sutka ərzində köməksiz vəziyyətdə qalmış 3 nəfər, eləcə də intihara cəhd edən 1 nəfər xilas olunub.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti