Belarusdan gətirilən dondurulmuş toyuq əti yararsız çıxdı

Belarusdan gətirilən dondurulmuş toyuq əti yararsız çıxdı
  15 Mart 2021    Oxunub:1859
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.​Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Toyuq-Əti  





Xəbər lenti