Bakıda məcburi köçkünlərin binasında yanğın oldu

Bakıda məcburi köçkünlərin binasında yanğın oldu
  16 Mart 2021    Oxunub:2536
Bakı şəhərinin Xətai rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində bir otağın və dəhlizin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti