Biləsuvar və Samuxda yanğın olub

Biləsuvar və Samuxda yanğın olub
  16 Mart 2021    Oxunub:1904
Biləsuvar rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli evin döşəməsi 5 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Samux rayonunun Füzuli kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd qapı, pəncərə çərçivəsi və ev əşyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan alçıpandan ibarət tavan 20 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Biləsuvar   Samux   Yanğın   FHN  





Xəbər lenti