Bakıda yük avtomobili aşdı, yol bağlandı

Bakıda yük avtomobili aşdı, yol bağlandı
  17 Mart 2021    Oxunub:1978
Bakının Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşdığından Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti