Bakı şəhərinin Binəqədi rayonunda yataqxana ərazisində ümumi sahəsi 180 m² olan taxta konstruksiyalardan ibarət bitişik özbaşına tikililər (məcburi köçkünlərin yaşadığı) yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.