Ermənistanda səhiyyə işçilərinə maaş verilmir

   Ermənistanda səhiyyə işçilərinə maaş verilmir
  20 Mart 2021    Oxunub:2075
Ermənistanda müharibədən sonra bir sıra sahələrdə olduğu kimi səhiyyə sistemində də maddi sıxıntılar yaşanır.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, dövlət artıq səhiyyə işçilərinə ödənməli olan vəsaitlərdə ciddi problemlərin yarandığını gizlətmir. "Azadlıq" radiosuna danışan həkimlərdən biri vəziyyətin dözülməz həddə çatdığını söyləyib.

O qeyd edib ki, belə hallar keçmişdə, ağır illərdə olmuşdu (90-cı illər-red.). Həkimlər hələ də maaş ala bilməmələrini alçaldıcı münasibət hesab edirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Səhiyyə   Maaş   Ermənistan  





Xəbər lenti