Bakıda yanğın: Ərlə arvad yaralandı

  Bakıda yanğın:  Ərlə arvad yaralandı
  22 Mart 2021    Oxunub:2209
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif xəsarətlərlə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti