Ermənistan ağır vəziyyətdə: Xəstəxanalarda yer qalmadı

  Ermənistan ağır vəziyyətdə:  Xəstəxanalarda yer qalmadı
  30 Mart 2021    Oxunub:1759
Ermənistanda koronavirusa yoluxmuş 150-yə yaxın şəxs xəstəxanaya yerləşdirilməsini gözləyir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Qevorq Simonyan “Facebook” hesabında yazıb.

"COVID-19 testi müsbət olan 149 vətəndaş xəstəxanaya yerləşdirilmək üçün növbələrini gözləyir. Epidemiya vəziyyətində müsbət dönüş olmazsa, yataq tutumu tükənəcək", - deyə Simonyan bildirib.

Bundan əvvəl, Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin direktor müavini Qayana Saakyan COVID-19 xəstələri üçün yataq yerlərinin tükəndiyini söyləyib.

“Hazırda Ermənistanda koronavirusla bağlı çətin vəziyyət yaranıb. Sistemimiz kifayət qədər yüklənib, yataq tutumu tükənir və xəstəliyə yoluxmada təxminən 90% artım var”, - Saakyan deyib.

Onun sözlərinə görə, bu tendensiya Ermənistanda davam edərsə, bir həftə ərzində 7 min yeni yoluxma halı gözlənilir:

"Bu cür göstəricilərlə xəstəxanalarda boş yer olmayacaq və yenidən xəstəxanaya yerləşmək üçün növbələr yaranacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti