"Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb" - Nazir

 "Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb" -    Nazir
  02 Aprel 2021    Oxunub:3303
Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb.
Azvision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Eyni zamanda, nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib.

Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti