“Koronavirus uzun müddət davam edəcək” - Aleksandr Sergeyev

  03 Aprel 2021    Oxunub : 996
 “Koronavirus uzun müddət davam edəcək” -  Aleksandr Sergeyev
Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev yaşlı insanlar arasında koronavirusdan ölüm nisbətinin yüksək olduğunu bildirib. Onun sözlərinə görə, bu səbəbdən yaşlılar mütləq qaydada peyvənd olunmalıdır.
Azvision.az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə açıqlamasında deyib.

"Mütləqdir ki, vaksinasiya aparılsın. Çünki artıq hamımız belə qənaətə gəlmişik ki, koronavirus uzun müddət davam edəcək xəstəlikdir, onunla birlikdə yaşamalı olacağıq. Koronavirusa qarşı peyvəndlənmə hər dəfə mövsümlərdə qripə qarşı vurdurduğumuz peyvənd kimi olmalıdır", - deyə A.Sergeyev vurğulayıb.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi yaşlıları qorumaq üçün düzgün siyasət yürüdür. "Dövlət yaşlı nəslin ən həssas qrup olduğunu başa düşür və bu insanları mümkün qədər təhlükəli təmaslardan qorumağa çalışır. Ancaq vaksinasiyadan keçməsək, məhdudiyyətlər götürüldükdən sonra yaşlılar yoluxma və xəstələnmə riski yaşayacaq. Buna görə də peyvəndlənmək lazımdır".

Sergeyev, həmçinin yaşlı insanları koronavirusa qarşı peyvənddən çəkinməməyə və vaksinasiyadan sonra xoşagəlməz reaksiyalardan qorxmamağa çağırıb: "Mən özüm də peyvəndlənmişəm və vaksinasiya prosesini hiss edilməyəcək şəkildə keçdim".

Tural Tağıyev
Azvision.az

Teqlər: Yaşlı   Vaksin   Rusiya