“Baydenin açıqlamasını rədd edirik” - Çavuşoğludan etiraz

“Baydenin açıqlamasını rədd edirik” -  Çavuşoğludan etiraz
  25 Aprel 2021    Oxunub:4844
“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu açıqlamanı rədd edirik”.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında yazıb.

XİN rəhbəri ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə etirazını bildirib.

“Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə ən böyük xəyanətdir”.

Qeyd edək ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən "soyqırım" sözünü işlədib. O, qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti