Prezident: “Bütün şəhərləri, kəndləri bərpa edəcəyik” - VİDEO

      Prezident:    “Bütün şəhərləri, kəndləri bərpa edəcəyik” -    VİDEO
  27 Aprel 2021    Oxunub:4448
“Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq. Eyni formada, eyni dizaynla "Cəbrayıla xoşgəlmişsiniz" lövhəsini bərpa etdik”.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

“Sovet vaxtında bu abidə - əgər belə demək mümkündürsə - qoyulmuşdur, ucalmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək bax, bu Cəbrayıl rayonunun girişində yerləşən "Xoş gəlmişsiniz" lövhəsini, abidəni biz yenidən bərpa etdik. Bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Bütün şəhərləri, kəndləri bərpa edəcəyik”.

Səfərdən videogörüntüləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram hesabında paylaşıb.



Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Cəbrayıl  





Xəbər lenti