"BakuBus" qarajları müasir tələblərə uyğun tikilib - BNA sədri

"BakuBus" qarajları müasir tələblərə uyğun tikilib -   BNA sədri
  28 Aprel 2021    Oxunub:2612
2015-ci ildən bu günə qədər ilk müasir qaraj "BakuBus"da istifadəyə verilib. Həmin dövrə kimi avtobusların bir çoxları yol kənarında saxlanılır, texniki baxışları olmurdu, sürücülərin əmək müqaviləsi ilə işləməsi təmin edilmirdi.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

BNA rəhbəri bildirib ki, avtobusların saxlanılması, normal xidmət göstərilməsi üçün "BakuBus" qarajları müasir tələblərə uyğun tikilib.

"Onun içərisində təmir, yuma, yanacaqdoldurma məntəqəsi var. Bu prinsip ətraf mühitə təsirin azaldılması üçün vacibdir".

V.Kərimli qeyd edib ki, ötən dövrdə 36 qaraj istifadəyə verilib: "Bunlardan 11 qaraj standartlara uyğundur. Həmin qarajlardan 2 ədədi dövlətin, 9 ədədi isə daşıyıcı şirkətlərindir. Tikilməkdə olan Zığ qarajı 250 avtobus tutumlu, 850 yeni iş yeri təminatlı olacaq. Qarajların istifadəyə verilməsi yeni iş yerlərinin yaradılması baxımından vacibdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: BakuBus   Qaraj   BNA  





Xəbər lenti