“Ermənistan region üçün təhdid yaradır” - Mustafa Şentop

 “Ermənistan region üçün təhdid yaradır” -  Mustafa Şentop
  28 Aprel 2021    Oxunub:4301
“Ermənistan region üçün təhdid yaradan dövlətdir”.
Azvision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib. Onun sözlərinə görə, Türkiyə Ermənistanın həm Azərbaycan, həm də region üçün təhdid olduğu qənaətindədir:

“Ermənistan risk yaradan, məsuliyyətsiz hərəkət edən dövlətdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq hüquqda müəyyən edilib. Türkiyənin Azərbaycanın yanında yer alması dost və qardaşlıqdan başqa, həm də onun haqlı olması, regional sülh üçün təhlükə yaradan faktora münasibəti ilə əlaqədardır.

Türkiyə hər kəsin təhlükəsiz, insanlığın sülh və sabitlik içində yaşaması üçün mübarizəyə davam etməkdə qərarlıdır. Bölgəmizdəki və dünyadakı ixtilafların həll edilməsi üçün təşəbbüs göstərməkdən də çəkinmirik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mustafa-Şentop   Türkiyə   Azərbaycan  





Xəbər lenti