Ermənistanın ilk ombudsmanı dindiriləcək - Qanunsuz silah saxlama ittihamı

Ermənistanın ilk ombudsmanı dindiriləcək -  Qanunsuz silah saxlama ittihamı
  29 Aprel 2021    Oxunub:3278
Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan və həyat yoldaşı Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Alaverdyan özü bildirib.

Məlumata görə, Alaverdyan və əri qanunsuz silah saxlama işi çərçivəsində MTX-yə dəvət olunub.

Sabiq ombudsman bu işin “Sisakan” dəstəsinin komandiri Aşot Minasyana qarşı irəli sürülən ittihamla əlaqəli olduğunu hesab edir.

“Həyat yoldaşım bir ay Qarabağ müharibəsində olub, Aşot Minasyanın dəstəsində döyüşüb. Düşünürəm ki, siyasi zəmində dindirilməyə çağrılmışıq, bu absurddur”.

O, nə özünün, nə də ərinin bu işlə heç bir əlaqəsi olmadığını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Ombudsman  





Xəbər lenti