Qırğızıstan-Tacikistan sərhədində atışma: 15 nəfər yaralandı

 Qırğızıstan-Tacikistan sərhədində atışma:  15 nəfər yaralandı
  29 Aprel 2021    Oxunub:2836
Qırğızıstan və Tacikistan sərhədində atışma olub.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb.

Qeyd edilib ki, atışma sərhəddəki hərbi hissələr arasında baş verib. Hadisə nəticəsində 15-dək şəxs yaralanıb. Onlardan 2 nəfərin vəziyyəti ağırdır.

Bundan əlavə, Qırğızıstanın sərhəd xidməti Tacikistan sərhədçilərini mülki əhalini qarşıdurmaya təhrik etməkdə günahlandırıb və onların mümkün qurbanlara görə məsuliyyət daşıyacaqlarını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qırğızıstan   Tacikistan   Sərhəd   Atışma  





Xəbər lenti