“Seçki asan olmayacaq, küçə mübarizəsi gözlənilir” - Koçaryan

 “Seçki asan olmayacaq, küçə mübarizəsi gözlənilir” -  Koçaryan
  30 Aprel 2021    Oxunub:2614
Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri asan olmayacaq, nəhəng təşviqat işi aparmaq, komissiyalar qurmaq lazımdır.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşdə deyib.
Onun sözlərinə görə, seçki günü məntəqələrdə səsləri qorumaqda qətiyyətli və inadkar olan böyük vəkil ordusuna sahib olmaq lazımdır. İkinci prezident gələcək təşviqat qərargahının demək olar ki, formalaşdığını və bu istiqamətdə işlərin davam etdiyini söyləyib.

"Hər kəsin bu işlərdə iştirak etmək imkanı var. İstəyinizə və hazırlıq dərəcənizə əsasən sizə müxtəlif iş istiqamətləri təklif ediləcək. Əmin edirəm ki, hər biriniz bu prosesdə öz yerini tapacaq”.

Koçaryan əlavə edib ki, seçkilər asan olmayacaq: “Küçə mübarizəsində ixtisaslaşdığımızı başa düşürəm. Çox güman ki, belə bir mübarizəyə ehtiyac olacaq".

O, həmçinin Nikol Paşinyanın şansı olmadığını anladığından hüquq-mühafizə sisteminin daha təmkinli davranacağına ümid etdiyini deyib.

"Hakimiyyət seçkiləri saxtalaşdırmaq üçün hər hansı bir addımın nəticələrinin özləri üçün ölümcül olacağını bilməlidir. Saxtalaşdırmalara reaksiya aqressiv və qəti olmalıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti