Paşinyan Ermənistana qayıda bilmir

   Paşinyan Ermənistana qayıda bilmir
  01 May 2021    Oxunub:3792
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Kazandan İrəvana qayıda bilmir.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan nümayəndə heyətini geri qaytarmalı olan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən onlar ölkələrinə qayıda bilmirlər.
Ermənistan hökumətinin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, texniki nasazlıq aradan qaldırılmasa, Paşinyan digər təyyarə ilə İrəvana yola salınacaq.

Qeyd edək ki, Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Kazanda keçirilən iclasında iştirak edib.

Azvision.az


Teqlər: Paşinyan   Kazan   Ermənistan   Rusiya  





Xəbər lenti