İsrailə raket atılması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

   İsrailə raket atılması nəticəsində 1 nəfər ölüb,  8 nəfər yaralanıb
  12 May 2021    Oxunub:2593
Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə raket atması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb .
Bu barədə "The Times of Israel" qəzeti məlumat verib. Bildirilib ki, Tel-Əviv yaxınlığındakı Rishon LeZion şəhərində bir qadın raketlə öldürülüb.

Bundan əlavə, Ben Qurion Beynəlxalq Hava Limanının bağlanması qeyd edilir.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən radikal HƏMAS hərəkatının silahlı birləşmələri olan "İzzəddin Əl-Qəssam briqadaları" Tel-Əviv və ətrafına doğru 130 mərmi atıldığı barədə xəbər yayıb.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti