İran Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi

   İran Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi
  25 May 2021    Oxunub:1068
İran Azərbaycanı qələbə münasibəti ilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə bugünkü görüşündə bildirib.

“Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”, - deyə nazir vurğulayıb.

Azvision.az


Teqlər: İran   Təbrik  





Xəbər lenti