“Təxribatın nəticəsi Ermənistan üçün ağır olacaq” - Vitse-spiker

“Təxribatın nəticəsi Ermənistan üçün ağır olacaq” -  Vitse-spiker
  28 May 2021    Oxunub:1174
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IX Neva Beynəlxalq Ekoloji Konqresində Milli Məclis Sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov iştirak ediblər.
Azvision.az xəbər verir ki, Assambleya görüşündə çıxış edən Adil Əliyev Ekoloji tarazlığın qorunmasının, ekosistemin inkişafının hər kəsin əsas vəzifəsinin olmasını bildirib.

A.Əliyev çıxışında ölkəmizin üzləşdiyi ən böyük ekoloji problemlərdən biri də Ermənistan tərəfindən vaxtilə işğal olunmuş Azərbaycan ərazilərindəki flora və faunanın kütləvi şəkildə məhv edilməsi, irimiqyaslı yanğınların törədilməsinin olmasını bildirib. Ermənistanın şam meşələrini, min illik ağacları və meşələrdə yaşayan vəhşi heyvanları məhv etməsi, çayları çirkləndirməsi, habelə axar çayların qarşısını kəsməsi də daxil olmaqla bütün növdən olan ekoloji cinayətləri törətməsini qeyd edib.

Ermənistanın beynəlxalq konvensiyalara zidd olan qanunsuz fəaliyyətlər, o cümlədən təbii sərvətlərin talan edilməsi, su ehtiyatlarının çirklənməsi nəticəsində ölkəmizdə, habelə regionun həm ekologiyasında, həm də təhlükəsizliyinə çox ciddi təhdidlər formalaşıb. Ermənistan dövlətinin birbaşa ekoloji təhlükəsizliyi təhdid edən qanunsuz fəaliyyətləri, BMT-nin Bioloji Müxtəliflik Konvensiyası, Səhralaşma ilə Mübarizə Konvensiyası və Ermənistanın olduğu digər beynəlxalq müqavilələr də daxil olmaqla bir çox beynəlxalq konvensiyanın öhdəliklərinin kobud şəkildə pozulması olmasını bildirib.

Ermənistan tərəfinin BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini 30 il ərzində icra etməməsini, əksinə təxribatlar törətməyə davam etməsini, habelə mülki Azərbaycan vətəndaşlarının hədəfə alınması, bununlada beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozmasını vurğulayıb.

Habelə, ölkəmizin ekoloji sabitliyin qorunması istiqamətində bütün addımları atmasını, eləcə 2030-cu ildə ölkəmiz üçün müəyyən edilmiş 5 əsas prioritetdən birinin yenə də ekoloji tarazlığın qorunması olmasını söyləyib. Həmçinin, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda da məhv edilmiş yaşıllıqların əvəzinə yeni yaşıllıqların salınmasını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılmış Qarabağ Dirçəliş Fondunun azad edilmiş ərazilərdə müxtəlif ağac tingləri əkilib, meşə örtüyünün və bitki örtüyünün bərpası üçün tədbirlər görməsini bildirib.

​Sədr müavini öz çıxışında Ermənistanın müharibədə uduzaraq sülh danışığını imzalamasına baxmayaraq, sərhədyanı ərazidə son günlər təxribat törətməyə cəhd etməsini, bununlada üzərinə götürmüş olduğu 10 noyabr tarixli üç tərəfli bəyanatın icra edilməsindən yayınmasını qeyd edib. Ermənistan tərəfindən həyata keçirilən bu təxribatlara dərhal son qoyulmasını və belə hallara bir daha yol verilməməsinin lazım olduğunu, əks halda isə bunun nəticəsinin Ermənistan üçün daha ağır olacağını bildirib.





Azvision.az


Teqlər: Deputat   Adil-Əliyev  





Xəbər lenti