Erməni kilsəsi cəsədlər barədə: “Bunun heç bir bəraəti yoxdur”

  02 İyun 2021    Oxunub :507
 Erməni kilsəsi cəsədlər barədə:  “Bunun heç bir bəraəti yoxdur”
Heç bir açıqlama və göstərilən səbəb ölən erməni hərbçilərinin qalıqlarına qarşı hörmətsiz münasibətə bəraət qazandıra bilməz.
Azvision.az xəbər verir ki, bu barədə erməni kilsəsinin açıqlamasında deyilir.

"Abovyan məhkəmə-tibbi ekspertiza mərkəzindəki meyitxananın döşəməsinə atılan ölən hərbçilərin qalıqlarına dair fotoşəkillər və videomaterial Ermənistan ictimaiyyətinin, ölənlərin və itkin düşənlərin ailələrinin haqlı qəzəbinə və narahatlığına səbəb olub. Aparılan prosedurlardan asılı olmayaraq "vətən" naminə canlarından keçmiş erməni xalqının igid oğullarının qalıqlarına lazımi diqqət yetirilməlidir.

Eçmiədzin kilsəsi baş verənləri ən sərt şəkildə qınayır. Bu cür hadisələr müharibə dəhşətlərini yaşamış xalqımızın ağrısını artırır və dövlət orqanlarına inamısızlıq yaradır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Oxşar mövzu:

Erməni cəsədlərinə görə bir neçə nəfər işdən çıxarıldı

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənikilsəsi