Filip Riker Azərbaycana səfər edəcək

   Filip Riker Azərbaycana səfər edəcək
  05 İyun 2021    Oxunub:1005
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, səfərin məqsədi ikitərəfli və regional prioritetlərin təşviqi və bölgədə demokratik və iqtisadi inkişafa dəstək olmaqdır.

F.Riker Azərbaycana səfəri zamanı hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşəcək, Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti