Reza Deqati jurnalistlərin şəhid olduğu yerə getdi - VİDEO

Reza Deqati jurnalistlərin şəhid olduğu yerə getdi -  VİDEO
  08 İyun 2021    Oxunub:1059
Məşhur fotoqraf Reza Deqati iki azərbaycanlı jurnalist və bir rəsmi şəxsin Kəlbəcərdə minaya düşərək şəhid olduqları əraziyə baş çəkib.
Azvision.az xəbər verir ki, bununla bağlı məşhur fotoqraf İnstaqram səhifəsində paylaşım edib.

“Burada iki azərbaycanlı jurnalist ermənilərin Qarabağda yerləşdirdikləri milyonlarla minadan birinə düşərək şəhid olublar. Hərbi məğlubiyyətdən sonra ermənilər regionu tərk edərkən ərazilərə minlərlə minalar və tələ-mina yerləşdiriblər. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına zidd olaraq Ermənistan hökuməti minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bununla da yüzlərlə insanın, xüsusilə mülki şəxslərin ölümünə və şikəst qalmasına, eyni zamanda bərpa işlərinin və qaçqınların geri qayıtmasının ləngiməsinə səbəb olur”, - deyə Reza Deqati vurğulayıb.



Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RezaDeqati  





Xəbər lenti