İranda jurnalistlərin olduğu avtobus aşıb: Ölən və yaralılar var

   İranda jurnalistlərin olduğu avtobus aşıb: Ölən və yaralılar var
  23 İyun 2021    Oxunub:814
İranda jurnalistləri daşıyan avtobus aşıb.
Azvision.az İran KİV-lərə istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 21 nəfər xəsarət alıb.

Məlumata görə, qəza Nəqədə şəhərində baş verib. Jurnalistlər Urmiya gölünün vəziyyətini işıqlandırmaq üçün bölgəyə ezam olunublar.

Hadisənin təfərrüatı açıqlanmır. Həlak olan jurnalistlər "İRNA" və "İSNA" xəbər agentliklərinin əməkdaşlarıdır.

Azvision.az



Teqlər:





Xəbər lenti