"Avro-2020": Daha 2 komanda növbəti mərhələyə adladı

   "Avro-2020":    Daha 2 komanda növbəti mərhələyə adladı
  23 İyun 2021    Oxunub:1013
Futbol üzrə “Avro-2020”nin səkkizdəbir final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adı bəlli olub.
xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gəlib.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda İsveç seçməsi Polşa yığmasını 3:2 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra 7 xalla E qrupunu lider kimi başa vuran İsveç millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqəsini rəsimləşdirib.

Polşa isə bir xalla dördüncü yerdə qərarlaşıb.

Bu qrupun digər görüşü Sevilyadakı “Estadio La Cartuja” stadionunda keçirilib. Slovakiya - İspaniya üz-üzə gəlib.

Üç xalla ikinci sırada olan Slovakiya millisi iki xala sahib ispanlarla sonuncu görüşdə böyük hesabla məğlub olub - 5:0. Bu nəticədən sonra İspaniya millisi E qrupunu ikinci yerdə başa vurub, Slovakiya isə üç xalla üçüncü yerdə qərarlaşıb. Həmçinin yeni reqlamentə görə Slovakiya millisi üçün Avropa çempionatında mübarizə dayanmayıb. Slovakiyalılar ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

Qeyd edək ki, saat 23:00-da start götürəcək Almaniya - Macarıstan və Portuqaliya - Fransa oyununda sonra Avropa çempionatının qrup mərhələsinə yekun vurulacaq. Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək. Qrupun digər matçında isə Almaniya və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün baş hakimi Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçəyə nail ola bilsə, hər iki komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Azvision.az



Teqlər: Futbol  





Xəbər lenti