İngiltərədə 41 nəfər "Hindistan ştammı"na yoluxub

İngiltərədə 41 nəfər "Hindistan ştammı"na yoluxub
  23 İyun 2021    Oxunub:1081
İngiltərədə koronavirusun yeni ştammı olan "Delta Plus"a yoluxma halları aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, yeni ştammla bağlı ən azı 41 yoluxma hadisəsi bəlli olub. Ümumilikdə isə ölkədə "Hindistan ştammı"na (ÜST-nin yeni təsnifatına görə "Delta" ştammı-red.) 75 953 yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirusun "Delta" ("Hindistan ştammı"-red.)versiyası ilk dəfə Hindistanda keçən ilin oktyabr ayında aşkar edilmişdir.
Ölkədə yeni mutasiyaya uğramış virus növü olan "Delta Plus" isə bu günlərdə surətlə artmağa başladı. Həkimlər yeni versiyanın ağciyərə daha tez və güclü təsir etdiyini deyirlər.

Tural Tağıyev

Azvision.az



Teqlər: Ştamm   Koronavirus   Hindistan   İngiltərə  





Xəbər lenti