Afrində bombalı hücum: ölən və yaralılar var

Afrində bombalı hücum:  ölən və yaralılar var
  26 İyun 2021    Oxunub:1125
Suriyanın Afrin şəhərində bomba yüklü avtomobil partladılıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində biri uşaq olmaqla 3 mülki şəxs ölüb, daha 3 nəfər yaralanıb.

Bomba yüklü avtomobil mülki insanların istifadə etdiyi yolda işə salınıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada partlayışı PKK/YPG terror təşkilatının törətdiyi vurğulanıb:

"Mülki insanların istifadə etdiyi yolda bomba yüklü avtomobilin işə salınması 3 günahsız insanın həyatına son qoydu, 3 nəfər isə yaralandı. Mülki insanları hədəf alan PKK/YPG ilə mübarizəmiz davam edəcək".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Suriya   Terror  





Xəbər lenti