Merkel ingilislərin Avropaya girişinə qadağa qoymaq istəyir

   Merkel ingilislərin Avropaya girişinə qadağa qoymaq istəyir
  28 İyun 2021    Oxunub:1199
Almaniya Avropa Birliyi(AB) ölkələrinə koronavirusun mutasiyaya uğramış forması "Delta"nın (Hindistan ştammı-red.) yayılmaması ilə əlaqədar təklif irəli sürüb.
Azvision.az xəbər verir ki, o AB ölkələrini Böyük Britaniyadan gələnlər üçün səyahətləri dayandırmağa çağırıb. Bu barədə "The Times" yazıb:

"Almaniya ingilis səyahətçilərin peyvənd olunmalarına baxmayaraq Avropa Birliyi ölkələrinə daxil olmasına qadağa qoymağa çalışacaq".

Nəşr yazır ki, Merkel "Delta" gərginliyinin Britaniyada əhəmiyyətli dərəcədə artması səbəbindən İngiltərəni "narahatlıq doğuran ölkələr" siyahısına əlavə etmək istəyir. Bu məsələlər Avropa ölkələrinin rəsmiləri, səlahiyyətli şəxslər tərəfindən müzakirə ediləcəyi bildirilir.
Qeyd edək ki, növbəti həftədə Angela Merkellə İngiltərənin baş naziri Boris Consonun görüşü planlaşdırılır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Merkel   Delta  





Xəbər lenti