Qaçırlar: Ermənistanı tərk edənlərin sayı rekord vurur - Statistika

  Qaçırlar:  Ermənistanı tərk edənlərin sayı rekord vurur -  Statistika
  06 İyul 2021    Oxunub:2249
Ermənistanın statistika komitəsinin açıqladığı son məlumatlara görə, ümumi sərnişindaşıma ilin əvvəlindən iyun ayına qədər İrəvan hava limanından 185 736 nəfər, Şirak hava limanında isə 14 798 nəfər təşkil edib. Hesablamalara görə, hava nəqliyyatı ilə ölkəyə gələnlərin ümumi sayı 355 952 nəfər təşkil edib.
Statistika komitəsi xəbər verir ki, 2021-ci ilin əvvəlindən iyun ayınadək Ermənistana 246 727 nəfər gəlib, 324 731 nəfər ölkədən gedib. Aradakı fərq bundan ibarətdir ki, 2021-ci ilin ilk 6 ayı ərzində Ermənistanı 138 106 nəfər tərk edib.
"Rus sülhməramlıları bizi köçməyə qoymur" - İki erməninin Laçında söhbəti (VİDEO)

Azvision.az xəbər verir ki, hesablamalar bütün illərin ən böyük miqrasiya axınını üzə çıxarıb. Müstəqil ekspertlərin fikrincə, bu rəqəm ilin sonuna qədər ən an yaxşı halda 2 dəfə, ən pis halda isə 3 dəfə arta bilər. Demoqraflar İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı tərk etmək istəyənlərin sayında kəskin artım müşahidə ediləcəyini proqnozlaşdırlar və bu da təbiidir. Hələlik miqrasiyanın qarşısını alan əsas amil pandemiyadır. Mütəxəssislər yumşalma ilə birlikdə Ermənistandan qaçanların artacağını bildirirlər.

Dağlıq Qarabağın Rusiyanın nəzarətində qalan hissəsində də vəziyyətin acınacaqlı olduğu bildirilir. Cari ilin əvvəlindən rəsmi məlumatlarda Qarabağa qayıdan ermənilərin sayının az qala 100 mini keçdiyi haqda informasiyanın həqiqəti əks etdirmədiyi bildirilir. İrəvandakı müstəqil hüquq müdafiə təşkilatlarının verdiyi məlumata görə, bu ilin ilk 6 ayı ərzində Ermənistandan qaçan 138 106 nəfərin azı 25%-i məhz Qarabağ erməniləridir.

Bu barədə hazırlanan hesabatlarda bildirilir ki, 30 il ərzində Qarabağ erməniləri Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağdan etnik təmizləmə nəticəsində qovulmuş azərbaycanlıların mal-mülkünü talayaraq, onların bağ-bağçalarının məhsulunu yığaraq, yaşayıblar. Son müharibədən sonra isə ermənilərə qalan ərazilərdə ümumiyyətlə heç bir iqtisadi əhəmiyyətli müəssisə yoxdur. Xankəndi, Əsgəran və Ağdərədəki köhnə konserv kombinatları və taxıl məhsulları elevatorları vaxtilə işğalda olan 7 rayonun ərazisindən yığılan meyvə-tərəvəz və dənli bitkilərin emalı ilə məşğul olurdu. Deməli, geridə qalan ərazilərdə sosial iqtisadi vəziyyət artıq kəskinləşib. Bu məsələdə ya ermənilər tam olaraq Azərbaycanın şərtlərinə əməl edib, bu ölkənin qanunları ilə və bu ölkənin vətəndaşı kimi yaşamalıdırlar, ya da Rusiya orada qalan erməniləri özü saxlamalıdır. Əks təqdirdə yaxın 3-5 il ərzində nə Qarabağda, nə də Ermənistanın özündə əmək qabiliyyətli insan qalacaq.

Şahin Ömər
Azvision.az


Teqlər:   Ermənistan   Statistika  





Xəbər lenti